Ərdoğanla Putin Soçidə Cənubi Qafqazı müzakirə edəcəklər

SİYASƏT

28 Sentyabr 2021 15:20

Oxunma sayi: 231
Ərdoğanla Putin Soçidə Cənubi Qafqazı müzakirə edəcəklər

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidəki danışıqlarda Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər.

Azmedia.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb:

“29 sentyabrda Soçidə Rusiya Prezidenti Vladimir Putin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.

Siyasi, ticarət və iqtisadi sahələrdə Rusiya-Türkiyə tərəfdaşlığının müxtəlif aspektlərini müzakirə etmək planlaşdırılır. Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyətin inkişafı da daxil olmaqla aktual beynəlxalq mövzularda ətraflı fikir mübadiləsi aparılacaq”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!