Erkin Qədirli parlamentin bu komitələrinin üzvü olacaq

SİYASƏT

07 Mart 2020 18:30

Oxunma sayi: 3456
Erkin Qədirli parlamentin bu komitələrinin üzvü olacaq

Milli Məclisə növbədənkənar seçkilərdə deputat seçilən Erkin Qədirli parlamentin iki komitəsinin üzvü olacaq.

 

Azmedia.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Erkin Qədirli özünün “Facebook” hesabında bildirib.

 

O bildirib ki, bu gün Milli Məclisin Aparatında olub, deputat nişanını və rəsmi blankları alıb.

 

“Vəsiqəni ikinci iclasda verəcəklərini söylədilər”,- deyə Erkin Qədirli əlavə edib.

 

Onun sözlərinə görə, Milli Məclisin iki komitəsinə yazılıb.

 

“Əsas komitəm Hüquq siyasəti və dövlət quruculuğudur. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə də üzv yazıldım”,- deyə o əlavə edib.

 

Qeyd edək ki, Erkin Qədirli fevralın 9-da keçirilən seçkilərdə 16 Yasamal İkinci Seçki Dairəsindən deputat seçilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!