Erməni KİV: Spitakaşen Azərbaycanın nəzarətinə keçdi

SİYASƏT

18 Dekabr 2020 20:00

Oxunma sayi: 1040
Erməni KİV:     Spitakaşen Azərbaycanın nəzarətinə keçdi

Əvvəllər Azərbaycan SSR-in tərkibində olan Spitakaşen kəndi birbaşa sərhədin digər tərəfində qalıb. Hazırda ekskavator ərazidə sərhəd xətt çəkir.


Azmedia.Az xəbər verir ki , bu barədə “Sputnik Armeniya” məlumat yayıb.


Məlumatda bildirilir ki, ermənilər Spitakaşen kəndində bir neçə evi yandırıblar. Sovet dövründə kənd Ağkənd adlanırdı və Ermənistan SSR ilə sərhəddə, Azərbaycan SSR-in Zəngilan bölgəsinin bir hissəsi idi. İndi isə Azərbaycanın nəzarətinə keçir.


Kənd Qafan hava limanından bir neçə yüz metr və Kapan şəhərindən təxminən 2 km məsafədədir.


Hazırda ərazidə bir ekskavator Sovet dövründə müəyyən edilmiş sərhədi işarələyir və Qafandan Zəngilana gedən yolu bağlayır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!