Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı

SİYASƏT

08 Oktyabr 2020 14:12

Oxunma sayi: 959
Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı

“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə ağır artilleriyalardan atəş açması nəticəsində bu gün səhər saatlarına olan məlumata görə 31 mülki şəxs həyatını itirib”.

 

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ermənilərin açdığı atəş nəticəsində 154 nəfər yaralanıb.

“928 ev, 133 mülki obyekt və 45 yaşayış binası yararsız vəziyyətə düşüb”, - deyə məlumatda qeyd edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!