Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı FOTO

SİYASƏT

14 Oktyabr 2020 12:02

Oxunma sayi: 874
Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı   FOTO

“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə ağır artilleriyalardan atəş açması nəticəsində, bu gün səhər saatlarına olan məlumata görə, 43 mülki şəxs həyatını itirib”.

 

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ermənilərin açdığı atəş nəticəsində 214 dinc sakin yaralanıb.

“1505 yaşayış evi, 277 mülki obyekt və 66 çoxmərtəbəli yaşayış binası yararsız vəziyyətə düşüb”, - deyə məlumatda qeyd edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!