Ermənilər Ağcabədidə kənd qəbiristanlığını artilleriya atəşinə tutub FOTOLAR

SİYASƏT

02 Oktyabr 2020 20:20

Oxunma sayi: 625
Ermənilər Ağcabədidə kənd qəbiristanlığını artilleriya atəşinə tutub   FOTOLAR

Ermənistanın Azərbaycana qarşı təcavüzündən təkcə soydaşlarımız deyil, yaşı minillərlə ölçülən tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız, qəbiristanlıqlarımız da zərər görür. İşğal altında olan ərazilərimizdəki tarixi-dini abidələri məhv edən ermənilər dədə-baba torpaqlarımızdan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyirlər.

 

Azmedia.Az AZƏRTAC-a istinadən xəbər verir ki, cəbhə xəttinə yaxın məsafədə yerləşən yaşayış məntəqələrində vətəndaşlara məxsus evlər, mülki infrastruktur obyektləri ilə yanaşı, qəbiristanlıqlar da ermənilərin artilleriya atəşinə məruz qalır.

 

Erməni vandallarının növbəti hədəfi Ağcabədi rayonu Hacılar kənd qəbiristanlığı olub. Qəbiristanlığa düşən mərmilərin partlaması nəticəsində bir çox qəbir daşları zədələnib.

 

Hacılar qəbiristanlığından fotoları təqdim edirik.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!