Ermənilər bu əraziləri tərk edir Azərbaycan Ordusu DÜŞMƏNƏ VAXT VERDİ

SİYASƏT

18 Dekabr 2020 11:53

Oxunma sayi: 683
Ermənilər bu əraziləri tərk edir   Azərbaycan Ordusu DÜŞMƏNƏ VAXT VERDİ

Ermənistan ordusu Qafan şəhəri yaxınlığındakı yüksəklikləri tərk edir.

Azmedia.Az Musavat.com-a istinadən xəbər verir ki, sovet xəritələrinə əsasən, Azərbaycan-Ermənistan sərhədinin bu hissəsi Zəngilan rayonunun ərazisinə düşür.

Ona görə də düşmən qüvvələrinin yüksəkliklərdə qurduğu mövqelər demontaj olunur. Prosesə rusiyalı sülhməramlılar və Ermənistan Müdafiə Nazirliyinin rəsmiləri nəzarət edir. Strateji yüksəkliklər Qafan şəhərini tam vizual nəzarət altında saxlamağa imkan verir.

Azərbaycan Ordusunun sabah saat 17:00-a qədər ermənilərə ərazidəki mövqeləri boşaltmaq üçün vaxt verdiyi bildirilir.

Faktı Ermənistan mediası üçün Qafan rayonunun meri Qevorq Parsyan da təsdiq edib:

“Bizim üçün bu, kədərli əmrdir. Sabah 17:00-a qədər biz 10 noyabra qədər nəzarətimizdə olan bütün əlverişli mövqeləri tərk etməliyik”, – deyə o bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!