Ermənilər Cəbrayılda tarixi abidələri dağıdıb, təsərrüfatla məşğul olublar

SİYASƏT

08 Oktyabr 2020 22:52

Oxunma sayi: 239
Ermənilər Cəbrayılda tarixi abidələri dağıdıb,    təsərrüfatla məşğul olublar

27 il ərzində işğal altında olan Cəbrayıl şəhərində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan xalqına məxsus tarixi və mədəni abidələr dağıdılıb. Həmin ərazilərdə qeyri-qanuni iqtisadi və kənd təsərrüfatı fəaliyyətləri həyata keçirilib.

 

Azmedia.az Axşam.az-a istinadən xəbər verir ki, bununla bağlı “Azersky” peyki vasitəsilə əldə olunmuş təsviri “Azərkosmos” ASC yayıb.

 

Bildirilir ki, Ermənistanın beynəlxalq hüquqa zidd olan bu kimi fəaliyyəti hələ ki Azərbaycanın digər işğal altında olan torpaqlarında davam edir. “Azersky” peyki vasitəsilə bu fəaliyyətlər gündəlik olaraq izlənilir. Monitorinqlər nəticəsində əldə olunan məlumatlar dünya ictimaiyyətinə çatdırılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!