Ermənilər Madagizdə döyüşdən imtina edir Ölümqabağı əzablar başlayıb

SİYASƏT

29 Sentyabr 2020 15:40

Oxunma sayi: 1260
Ermənilər Madagizdə döyüşdən imtina edir   Ölümqabağı əzablar başlayıb

"Madagizdəki erməni ordusunun alayı tamamilə demoralizə olunub".

 

Azmedia.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatı nəticəsində Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub, ölümqabağı əzabları başlayıb: “Şəxsi heyət təşviş içindədir. Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çoxları döyüşə girməkdən imtina edir və döyüş əməliyyatı rayonunu tərk edirlər”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!