Ermənilər Qafanı belə tərk edirlər FOTOFAKT

SİYASƏT

18 Dekabr 2020 19:15

Oxunma sayi: 953
Ermənilər Qafanı belə tərk edirlər   FOTOFAKT

Ermənistanın Zəngəzur bölgəsində yerləşən Qafan şəhərinin kəndlərində yaşayan bəzi ermənilər evlərini yandırırlar.


Azmedia.Az Konkret.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Liya Sarksiyan məlumat verib.


Onun sözlərinə görə, bu gün şəhərin ətrafındakı kəndlərə yaxın strateji yüksəkliklərin Azərbaycana qaytarılması ilə bölgədə yaşamaq mümkünsüz olacaq. Belə ki, Azərbaycan Ordusunun yeni mövqeləri Qafanın qeyri-yaşayış sahəsindən 100 metr, yaşayış sahələrindən isə 1 kilometr məsafədə yerləşəcək. Beləliklə, Qafan şəhəri və 13 kənd vizual nəzarət altına düşəcək.


Bununla razılaşmayan bəzi ermənilər evlərini yandıraraq kəndləri tərk edirlər. Hazırda Zəngəzur bölgəsində yaşayan digər ermənilər də təhlükəsizlik səbəbindən bölgəni tərk edərək, Ermənistanın digər ərazilərinə köçməyi düşünür.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!