Ermənilər Şuşanın daha bir kəndindən qaçdılar Ordumuz hər an…

SİYASƏT

15 Dekabr 2020 22:00

Oxunma sayi: 685
Ermənilər Şuşanın daha bir kəndindən qaçdılar   Ordumuz hər an…

Üçtərəfli razılaşmadan sonra qondarma “DQR”in nəzarətində qaldığı deyilən daha bir kənd ermənilər tərəfindən boşaldılıb.

PROPRESS “Aysor”a istinadən xəbər verir ki, Şuşa rayonunun Böyük Qaladərəsi (ermənicə: Mets Şen) kəndi 3 gündür boş qalıb.

Kənddə qalan yeganə şəxs isə qondarma rejimin əraziyə “mer” təyin etdiyi David Davtyandır.

“Hələ ki, azərbaycanlılar kəndə gəlməyib, amma bu, hər an baş verə bilər. Sakinlər 3 gün əvvəl kəndi tərk ediblər”, - Davtyan bildirib.

O həmçinin Kirov (ermənicə: Xin Şen) kəndinin də 3 gündür Azərbaycan Silahlı Qüvvələri tərəfindən mühasirəyə alındığını və kənddən heç bir məlumat ala bilmədiyini qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!