Ermənilər təsdiqlədi: Ordu bu istiqamətdə hərəkət edir – FOTO

ÖLKƏ

30 Mart 2024 23:54

Oxunma sayi: 711
Ermənilər təsdiqlədi: Ordu bu istiqamətdə hərəkət edir –  FOTO

Az öncə Ermənistan ordusunun sərhədimizə qoşun yığması barədə yayılan məlumat və videonu erməni kanalları dolayısı ilə təsdiqləyib.

Azmedia.Az axar.az-a istinadən xəbər verir ki, “Erməni Hərbi Portalı” Teleqram kanalı görüntülərin Arazdəyən istiqamətində qeydə alındığını bildirib.

Qoşunların və zirehli texnikanın Arazdəyəndən keçərək Naxçıvanın işğal altında olan Kərki kəndinə doğru hərəkəti görünür.

Erməni kanalı iddia edilib ki, guya birinci videoda qoşunların adi rotasiyası, ikincidə isə “sürücülərin təlimi”dir və heç də sərhədə qoşun yığılmır.

Qeyd edək ki, “sürücülərin təlimi” zamanı hərbi maşınlarda niyə əsgərlərin daşındığına aydınlıq gətirilməyib. Və ümumiyyətlə, “sürücülərin təlimi” niyə kütləvi, qoşqulu artilleriyanın və əsgərlərin daşınması ilə məhz sərhəddə həyata keçirilməlidir?

Halbuki “qoşunların yerdəyişməsi” və “təlim” adı ilə tanklar da daxil olmaqla, qoşqulu hərbi yük maşınlarının sərhədimizə doğru irəliləməsi açıq-aydındır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!