Ermənilər Tovuzun Ağdam kəndini atəşə tutdu FOTO

SİYASƏT

25 Avqust 2020 13:35

Oxunma sayi: 528
Ermənilər Tovuzun Ağdam kəndini atəşə tutdu   FOTO

Ermənistan ordusu Tovuz rayonu istiqamətində yaşayış məntəqələrini yenidən atəşə tutub.

 

Azmedia.az  APA-ya istinadən bildirir ki, bu gün saat 11.00 radələrində rayonun Ağdam kəndi iriçaplı silahlardan atəşə tutulub.

 

Nəticədə Süleymanov Paşa Abbasəli oğluna məxsus evə ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb.

 

Düşmən cavab atəşi ilə susdurulub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!