Ermənilər Xankəndini kütləvi tərk edir VİDEO

SİYASƏT

03 Oktyabr 2020 15:26

Oxunma sayi: 817
Ermənilər Xankəndini kütləvi tərk edir   VİDEO

Rusiyanın “Life” informasiya portalı Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisindən reportaj hazırlayıb. 

Azmedia.az İnterAz-a istinadən xəbər verir ki, görüntülərdə ermənilərin kütləvi şəkildə Xankəndini tərk etdiyi görünür.

Qeyd edək ki, ötən gün saat 14:00-dan etibarən işğalçı Ermənistan öz vətəndaşlarının Azərbaycanın Dağlıq Qarabağ ərazisinə girişinə məhdudiyyət qoyub. Daha əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti oktyabrın 1-dən etibarən Qarabağa girişin Ermənistan sərhəd-keçid məntəqəsindən sənəd göstərmək şərtilə həyata keçiriləcəyini elan etmişdi.

Xatırladaq ki, elə erməni mənbələrinin yaydığı məlumatlara görə, düşmənin işğal etdiyi ərazilərdən 5 gün ərzində Ermənistana köç edən əhalinin sayı 20 minə çatıb.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!