Ermənilərin son xain hücumundan sonra Azərbaycanın mülki itkiləri açıqlandı FOTO

SİYASƏT

17 Oktyabr 2020 13:07

Oxunma sayi: 774
Ermənilərin son xain hücumundan sonra Azərbaycanın mülki itkiləri açıqlandı   FOTO

“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə ağır artilleriyalardan atəş açması nəticəsində, bu gün səhər saatlarına olan məlumata görə, 60 mülki şəxs həyatını itirib”.

 

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ermənilərin açdığı atəş nəticəsində 270 dinc sakin yaralanıb.

“1704 yaşayış evi, 327 mülki obyekt və 90 çoxmərtəbəli yaşayış binası yararsız vəziyyətə düşüb”, - deyə məlumatda qeyd edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!