Ermənilərin sosial şəbəkədəki TƏXRİBATI FOTO

SİYASƏT

21 Sentyabr 2020 15:18

Oxunma sayi: 1386
Ermənilərin sosial şəbəkədəki TƏXRİBATI   FOTO

Xəbər verdiyimiz kimi, bu gecədən etibarən Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib.

 

Azmedia.az Baku.ws-ə istinadən xəbər verir ki, ermənilər sosial şəbəkə vasitəsi ilə Azərbaycan dilində mesajlar yazmağa və hərbi sirri əldə etməyə çalışır. Uğur Rzayev adlı şəxs ona ermənidən gələn mesajı saytımıza belə şərh edib:

 

"Öncə Ranar Cabbarov adlı şəxsdən mesaj gəldi. Azərbaycanlı olduğunu bildirib, cəbhədə vəziyyətin necə olduğunu soruşdu. Daha sonra "Ermənistana hücum olacaqmı?" sualını verdi. Onun erməni oldğunu başa düşüb, söyüb bloka atdım. Yenidən ona mesaj yazmaq istəyirdim deyə, blokdan çıxartdım. Çıxartdıqda isə həmin şəxsin adı Berik Koçaryan yazılmışdı. Xahiş edirəm, bir azərbaycanlı kimi, bütün Azərbaycan xalqı bir olaq, oyaq olaq, düşəmənə hərbi sirr verməyək".

 

Sosial şəbəkələrdə aktiv olan vətəndaşlarımıza diqqətli olmalarını, cəbhə və hərbi məsələlərlə bağlı heç bir şərh və mesaj yazmamalarını tövsiyə edirik.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!