Ermənistan Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücuma cəhd edib

SİYASƏT

18 Oktyabr 2020 10:30

Oxunma sayi: 621
Ermənistan Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücuma cəhd edib

Yeni atəşkəs rejimi elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri gecə ərzində müxtəlif istiqamətlərdə minaatanlar və artilleriya qurğularından istifadə etməklə cəbhədə vəziyyəti gərginlikdə saxlayıblar.

 

Bu barədə Azmedia.Az-a Müdafiə Nazirliyindən bildirilib.

 

Oktyabrın 18-i səhər saat 07.00-dan başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində düşmən hücuma keçməyə cəhd göstərib.

 

Azərbaycan Ordusunun bölmələri düşmənin hücum cəhdlərinin qarşısını alır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!