Ermənistan Azərbaycana qarşı “İsgəndər“ raketindən istifadə edib, lakin raket partlamayıb

SİYASƏT

24 Fevral 2021 09:45

Oxunma sayi: 674
Ermənistan Azərbaycana qarşı “İsgəndər“ raketindən istifadə edib, lakin raket partlamayıb

Ermənistan Azərbaycanla müharibə zamanı "İsgəndər" raketindən istifadə edib, lakin raket partlamayıb.

 

Azmedia.Az  trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan erməni KİV-lərinə müsahibəsində deyib.

 

N.Paşinyan sabiq prezident Serj Sarkisyana cavabında bildirib: ""İsgəndər" raketinin niyə partlamadığı və ya niyə, məsələn, 10 faizinin partladığı barədə sual versin".

Baş nazir həmçinin S.Sarkisyanın "məxməri inqilab"dan sonra silahların alınması proqramında dəyişikliklər edildiyi barədə sözlərini də təkzib edib.

S.Sarkisyanın hakimiyyəti Paşinyana deyil, Karen Karapetyana verdiyinə dair açıqlamasını şərh edən N.Paşinyan bildirib: "Bu rədd edilmiş necə kiməsə hakimiyyəti verib və ya verməyə bilərdi?".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!