Ermənistan baş nazirinin müavini: İrəvan Bakı ilə Arazdəyən Horadiz dəmir yolunun açılmasını müzakirə edir

SİYASƏT

08 Dekabr 2021 21:45

Oxunma sayi: 248
Ermənistan baş nazirinin müavini: İrəvan Bakı ilə Arazdəyən   Horadiz dəmir yolunun açılmasını müzakirə edir

İrəvan və Bakı Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupu çərçivəsində Arazdəyən - Horadiz dəmir yolunun açılması imkanlarını müzakirə edir.

Bunu Ermənistan parlamentində hökumət saatında çıxış edən baş nazirin müavini Mher Qriqoryan bildirib.

“Dəmir yolu ilə bağlı qarşılıqlı anlayış mövcuddur. Danışıqlarımız Arazdəyən - Horadiz xəttinə aiddir. Bu hissə ona görə vacibdir ki, İranla və Gürcüstanla əlaqə yaratmağa imkan verir. Beləliklə, bu dəmir yolu xətti regional əhəmiyyətə malikdir”, - deyə o bəyan edib.

Qeyd edək ki, Ermənistan, Azərbaycan və Rusiya Federasiyası baş nazirlərinin müavinlərinin üçtərəfli işçi qrupunun sonuncu görüşü dekabrın 1-də Moskvada keçirilib.

Mənbə: Tass

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!