Ermənistan cəbhədəki itkilərini etiraf etməyə başladı – Ermənistan MN dən paylaşım

SİYASƏT

13 İyul 2020 11:52

Oxunma sayi: 624
Ermənistan cəbhədəki itkilərini etiraf etməyə başladı     – Ermənistan MN   dən paylaşım

Azərbaycan Ordusunun açdığı cavab atəşi nəticəsində Ermənistanın Tavuş rayonunda iki polis əməkdaşı yaralanıb.

 

Azmedia.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan “Facebook” səhifəsində yazıb.

 

Onun sözlərinə görə, polis əməkdaşları blindajın yaxınlığında olublar.

 

Xatırladaq ki, bu, Ermənistan rəsmilərinin itki və yaralılar barədə ilk açıqlamasıdır. Düşmən cəbhədə 30-dan çox itki verməsinə baxmayaraq, bunu etiraf etmir.

 

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!