Ermənistan MN itkiləri açıqladı: 13 nəfər saxlanılıb, 24 hərbçi itkin düşüb

SİYASƏT

17 Noyabr 2021 11:00

Oxunma sayi: 169
Ermənistan MN itkiləri açıqladı:  13 nəfər saxlanılıb, 24 hərbçi itkin düşüb

Ermənistan Müdafiə Nazirliyi ötən gün Azərbaycanla sərhəddə baş verən toqquşmalar nəticəsində itkilərinin sayını rəsmi olaraq açıqlayıb.

Qurumdan bildirilib ki, toqquşmalar nəticəsində bir hərbçi ölüb, 13 nəfər Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılıb, daha 24 nəfərin aqibəti barədə isə məlumat yoxdur.

Ermənistan MN həmçinin iki döyüş postunun Azərbaycan Ordusunun nəzarətinə keçdiyini açıqlayıb.

Mənbə: Sputnik Ermənistan

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!