Ermənistan ordusu darmadağın edildi Paşinyan üçün SON!

SİYASƏT

15 Oktyabr 2020 20:56

Oxunma sayi: 3664
Ermənistan ordusu darmadağın edildi   Paşinyan üçün SON!

“Ermənistan hakimiyyəti artıq özləri də ordunun zəiflədiyini etiraf edir. Hətta qondarma rejimin rəhbəri Araik Arutyunyan xaricdə yaşayan erməniləri Qarabağda vuruşmaları üçün yalvarmağa da başlayıb”.

Azmedia.Az xəbər verir ki , bu sözləri Redaktor.az-a hərbi ekspert Ramil Məmmədli Ermənistan ordusunun hazırki vəziyyəti ilə bağlı danışarkən deyib. O, Ermənistanda insanların məcbur şəkildə döyüşə cəlb olunduğunu bildirib:

“Düşmən tərəfi yaşı 50-ni keçmiş, hərbiyə yararsız şəxsləri məcbur şəkildə döyüşə cəlb edir. Əlbəttə, həmin şəxslər döyüşdə savaşmaq gücündə deyil. Sosial şəbəkələrdə yayılan görüntülərdən də görünür ki, onların yaşı, fizki durumu orduya qəti şəkildə yaramır. Amma başqa çarələri də yoxdur. Ermənistan hakimiyyəti, xüsusilə N.Paşinyan həmin şəxslərin görüntülərini yayaraq, xalqı guya “mübariz” göstərməyə çalışır. Əksinə bu onu göstərir ki, düşmən tərəfi çıxılmaz vəziyyətdədir və orduda nizam-intizam pozulub”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!