Ermənistan ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi FOTO

SİYASƏT

31 İyul 2020 12:47

Oxunma sayi: 827
Ermənistan ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi   FOTO

Ermənistanda qoşunların hazırlıq vəziyyətinin qəfil yoxlanılmasına başlanılıb.

 

Azmedia.az  xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan sosial şəbəkə hesabından məlumat verib.

 

Bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin döyüş hazırlığının qəfil yoxlanılması 2020 planına uyğun olaraq aparılır. Silahlı Qüvvələrin birinci dərəcəli bölmələrini, hərbi hissələrini və mərkəzin tabeliyindəki qüvvələrin bir hissəsini yüksək döyüş hazırlıq qabiliyyəti, gərgin vəziyyətdə sürətli fəaliyyət qabiliyyəti, indiki vəziyyətdə tez bir zamanda hərəkətə keçmək bacarığı, bölmələr və yardım qüvvələri arasında qarşılıqlı əlaqə məsələlərini yoxlamaq planlaşdırılır. Yoxlamalar zamanı yanğın nəzarət təlimləri həyata keçiriləcək.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!