Ermənistan ordusunun 4 hərbçisi ÖLDÜ – Yaralılar var

DÜNYA

12 Aprel 2024 20:08

Oxunma sayi: 6196
Ermənistan ordusunun  4 hərbçisi ÖLDÜ – Yaralılar var

Ermənistan Silahlı Qüvvələrinə məxsus avtomobil qəzaya düşüb:

Azmedia.Az Viral.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, aprelin 12-də saat 15:25 radələrində hərbi qulluqçuları daşıyan “Ural” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq dərəyə yuvarlanıb.

İlkin məlumatlara görə, 4 nəfər ölüb, yaralılar var.

Yerli mətbuat yazır ki, hadisə Meğridə baş verib. Ölən və yaralananlar arasında həm müqaviləli əsgərlər, həm də çağırışçılar var.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!