Ermənistan parlamenti Azərbaycan və Türkiyə ilə bağlı bəyanatı qəbul etmədi

SİYASƏT

27 Oktyabr 2021 13:56

Oxunma sayi: 234
Ermənistan parlamenti Azərbaycan və Türkiyə ilə bağlı bəyanatı  qəbul etmədi

Ermənistan parlamenti Qarabağla bağlı bəyanatı qəbul etməyib.

Azmedia.Az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, sözügedən bəyanat müxalif “Hayastan” və “Şərəfim” var fraksiyaları tərəfindən hazırlanıb. 

“Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryanın sözlərinə görə, bəyanat həm daxili, həm də xarici siyasətə aid olub və müxalifətin hakimiyyətin hərəkətlərinə nəzər nöqtəsini əks etdirir.

Məlumata əsasən, bəyanatda həm Azərbaycan, həm də Türkiyəyə qarşı ifadələrə yer verilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!