Ermənistan Prezidenti: “Rusiyaya sanksiyalar iqtisadiyyatımıza ciddi risklər yaradıb”

SİYASƏT

10 Mart 2022 14:17

Oxunma sayi: 285
Ermənistan Prezidenti:  “Rusiyaya sanksiyalar iqtisadiyyatımıza ciddi risklər yaradıb”

Rusiyaya qarşı sanksiyalar Ermənistan iqtisadiyyatına ciddi risklər yaradıb.

Azmedia.Az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın yeni Prezidenti Vaaqn Xaçatryan açıqlama verib.

Lavrov: “Rusiya Ukrayna ilə danışıqlara hazırdı, lakin əməliyyatlar davam edəcək”

O, sanksiyaların idarəolunmaz risklər yarada biləcəyini deyib: “Biz sanksiyaların nəticələrinin bir hissəsini proqnozlaşdıra bilərik, amma tam qiymətləndirmə mümkün deyil”.

Ermənistan Prezidentin vəziyyətin kəskin dəyişə biləcəyini, Ermənistanın maliyyə sisteminə birmənalı zərər vuracağını əlavə edib.

Xaçatryan xarici amillərin ölkə iqtisadiyyatına neqativ təsirinin ilin sonuna qədər qalacağını düşünür.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!