Ermənistan Qarabağda həlak olan hərbçilərinin sayını açıqladı – RƏQƏMLƏR ARTDI

SİYASƏT

12 Dekabr 2020 09:30

Oxunma sayi: 2475
Ermənistan Qarabağda həlak olan hərbçilərinin sayını açıqladı –     RƏQƏMLƏR ARTDI

Ermənistan səhiyyə nazirliyi Qarabağ müharibəsində həlak olan hərbçilərinin sayı barədə yeni məlumatlar verib – 2 min 996 nəfər.


Azmedia.Az sputnik-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan səhiyyə nazirliyinin mətbuat katibi Alina Nikoqosyan “Armenpress” dövlət informasiya agentliyinə verdiyi məlumatda bildirib.


“Həlak olan 2 min 996 hərbi qulluqçunun cəsədi məhkəmə-tibbi ekspertizadan keçirilib. Müharibə başlanandan indiyədək yaxınlardan  1816 DNT nümunəsi, həlak olanların cəsədlərindən – 993 DNT nümunəsi götürülüb. DNT əsasında cəsədlərin müəyyən edilməsi prosesi davam edir”.

Ermənistan tərəfinin məlumatına görə, hələlik həlak olanların hamısı hərbi idarənin müvafiq siyahısına daxil edilməyib. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!