“Ermənistan rəhbərliyi bu cinayətkar addımı atmaqla məsuliyyət daşıyır“

SİYASƏT

04 Oktyabr 2020 17:45

Oxunma sayi: 1011
“Ermənistan rəhbərliyi bu cinayətkar addımı atmaqla məsuliyyət daşıyır“

"Bu gün Azərbaycanın ikinci böyük şəhəri, strateji əhəmiyyətli tarixi paytaxtı Gəncə şəhərinin və eləcə də Beyləqanın, Tərtərin Ermənistan tərəfindən güclü artilleriya atəşinə tutulması və kütləvi raket zərbələrinə məruz qalmasını qətiyyətlə pisləyir və bunu insanlığa qarşı cinayət hesab edirik. Çünki məhz Ermənistanın Baş naziri Nikol Paşinyanın birbaşa göstərişi ilə məqsədyönlü şəkildə həyata keçirilmiş bu atəş və zərbələr nəticəsində dinc əhali arasında ölən və xəsarət alanlar var, eləcə də çoxlu sayda mülki obyektlərə ziyan dəyib".

 

Azmedia.az xəbər verir ki, Buta.ws-ə açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.

 

Onun sözlərinə görə, dünyaya, bütün insanlığa meydan oxuyan Ermənistanın terorçu-faşist davranışları cəzasız qalmamalıdır!

 

"Xüsusən də münaqişə zonasından və Ermənistan sərhədindən xeyli kənarda yerləşən Gəncə şəhərinin dinc sakinlərinin ağır artilleriya vasitələri ilə atəşə tutulması heç bir bəşəri prinsiplərə və hüquqi normalara sığmır. Ermənistan rəhbərliyi bu cinayətkar addımı atmaqla 1949-cu il tarixli Cenevrə konvensiyalarını, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud surətdə pozub və buna görə məsuliyyət daşıyır. Biz hesab edirik ki, qeyri-müharibə zonasındakı şəhərlərimizə və mülki əhalimizə qarşı bu cür vəhşi davranışına görə Ermənistan Beynəlxalq Haaqa Məhkəməsinə verilməlidir. BMT rəhbərliyi və ATƏT-in Minsk Qrupu dinc əhalimizə qarşı törədilən bu amansız hərbi cinayətə qarşı sərt münasibət bildirməli və buna beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verməlidir. Artıq, ikili standartlar siyasətindən əl çəkməyin vaxtı gəlib çatıb. Dünyaya, bütün insanlığa meydan oxuyan Ermənistanın terorçu-faşist davranışları cəzasız qalmamalıdır!", - deyə partiya sədri vurğulayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!