Ermənistan səylərini bəyanatın icrası ilə bağlı konkret addımlara yönəltsə, daha faydalı olar XİN

SİYASƏT

16 Fevral 2021 16:15

Oxunma sayi: 640
Ermənistan səylərini bəyanatın icrası ilə bağlı konkret addımlara yönəltsə, daha faydalı olar   XİN

Ermənistan Xarici İşlər Nazirliyinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bəndlərini şərh etməklə məşğul olmaqdansa, səylərini bu bəyanatın icrası ilə bağlı konkret addımların atılmasına yönəltməsi daha faydalı olardı.


Azmedia.Az Trend-ə istinadən bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Xarici İşlər Nazirliyinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndi ilə bağlı şərhinə dair suala cavabında deyib.


O bildirib: "Hazırda sözdə boş bəyanatların verilməsi deyil, əməldə dövlətlərimizə və ümumilikdə bölgəyə sülh, əminamanlıq, inkişaf və tərəqqinin gətirilməsi vaxtıdır".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!