Ermənistan Türkiyənin şərtlərini qəbul etməyə hazırdır? İlk görüşün TƏFƏRRÜATI

SİYASƏT

14 Yanvar 2022 18:23

Oxunma sayi: 192
Ermənistan Türkiyənin şərtlərini qəbul etməyə hazırdır?   İlk görüşün TƏFƏRRÜATI

"Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında növbəti görüşün harada keçiriləcəyi bəlli deyil".

Azmedia.Az xəbər verir ki, bunu milli.az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, növbəti görüş Avropada da keçirilə bilər:

"İlk görüşün Moskvada keçirilməsini İrəvan Ankaradan xahiş etmişdi. Ankara buna etiraz etməyib. İrəvan ilk görüş yeri kimi Moskvanı seçməklə Rusiyanın istəyi xaricində addım atmayacağını Kremlə biruzə vermiş olub. Ankara isə Moskva variantına ona görə etiraz etməyib ki, həm İrəvana ilk görüşü pozmaq üçün bəhanə verməsin, həm də Kremli qıcıqlandırmasın. Ancaq növbəti görüş başqa məkanda keçirilməlidir. Əgər tərəflər dialoqun genişlənməsində maraqlıdırlarsa, növbəti görüş məkanları növbə ilə İrəvan və Ankara seçilməlidir, yox əgər İrəvan dialoqun genişlənməsindən ehtiyat edirsə Avropa şəhərlərindən birini seçməyə üstünlük verəcək.

İlk görüşdə müzakirə olunan mövzuların mahiyyətinə gəldikdə bunlar hələ ki, nəbz yoxlamasıdır. Ermənistan Türkiyə ilə sərhədin açılmasını, diplomatik münasibətlərin qurulmasını istəyirsə Türkiyəyə qarşı ərazi iddiasından imtina etməli, Konstitusiyasına əl gəzdirməli və "erməni soyqırımının" tanınması vasitəsilə Türkiyəyə təzyiq siyasətindən vaz keçməlidir. Ermənistan hələ ki, Türkiyənin bu şətlərini qəbul etməyə hazır deyil. Ona görə də danışıqlar və müzakirələr hələ uzun müddət davam edəcək".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!