Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi RƏSMİ

SİYASƏT

17 Oktyabr 2020 15:13

Oxunma sayi: 749
Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi   RƏSMİ

Oktyabrın 17-i gündüz saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində uçuşlar keçirməyə cəhd göstərib.

 

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!