Ermənistanda hərbçi və məmurlara ünvanlanan müəmmalı suallar: Paşinyan Araiki həbs etməyə hazırlaşır?

SİYASƏT

24 Sentyabr 2021 18:00

Oxunma sayi: 285
Ermənistanda hərbçi və məmurlara ünvanlanan müəmmalı suallar:  Paşinyan Araiki həbs etməyə hazırlaşır?

Ermənistanın hüquq-mühafizə orqanları, xüsusilə də İstintaq Komitəsi son günlərdə Müdafiə Nazirliyinin əməkdaşlarını və vəzifədən azad olunmuş keçmiş yüksəkçinli məmurları sorğuya çağırır.

İfadə verən şəxslərə 44 günlük müharibə ilə bağlı suallar ünvanlanır.

Ən maraqlısı isə odur ki, ünvanlanan suallar arasında Araik Arutyunyanın adı çox tez-tez hallanır. Belə ki, separatçıların rəhbərinin müharibədəki rüsvayçı məğlubiyyətdə oynadığı rol sualların əsasını təşkil edir.

Bütün bu baş verənlər isə gündəmə Araik Arutyunyanın həbsi məsələsini gətirib. Baş verən bu prosesə istinadən Ermənistan hakimiyyətinin separatçını məğlubiyyətin əsas günahkarı kimi azadlıqdan məhrum etməsi ehtimalının yüksək olduğunu söyləmək olar.

Mənbə: “Joxovurd”  

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!