Ermənistanda həyəcan: “Uşaqlarımız qırılır....” FOTO

SİYASƏT

30 Sentyabr 2020 11:31

Oxunma sayi: 2166
Ermənistanda həyəcan: “Uşaqlarımız qırılır....”   FOTO

"2000, 2001-ci il təvəllüdlü oğlanlar ölürlər, nə baş verir?”

 

Azmedia.az hit.az-a istinadən bildirir ki, bunu erməni sosial şəbəkə istifadəçiləri "Facebook” səhifələrində, müxtəlif sosial media qruplarında yazırlar.

 

Onlar bildirirlər ki, hər an erməni hərbçilərinin ölüm xəbərini eşidirlər:

 

"Niyə 2001, 2002-ci il təvəllüdlü uşaqlardır?”, "Millətimiz, uşaqlarımız qırılırlar, bir şey etmək lazımdır”.

 

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!