Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı 19 cinayət işi açılıb

SİYASƏT

05 Oktyabr 2020 13:20

Oxunma sayi: 908
Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı 19 cinayət işi açılıb

Ermənistanın Azərbaycanın mülki əhalisini və mülki obyektləri, infrastrukturu atəşə tutması nətəcəsində sentyabrın 27-dən indiyə qədər 24 mülki şəxs ermənilərin atəşi nəticəsində qətlə yetirilib, 121 nəfər yaralanıb və 300-dən çox ev, mülki obyektlər, infrastrukturlar dağıdılıb.

 

Azmedia.az  bildirir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bu gün keçirilən brifinqdə deyib ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı müvafiq rayon prokurorluğunda 19 cinayət işi açılıb.

O bildirib ki, cinayət işləri ilə bağlı işlər davam etdirilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!