“Ermənistanın Baş naziri kimi sərsəm bəyanatlarla çıxış edir“ Sahil İskəndərov

SİYASƏT

28 Dekabr 2019 15:13

Oxunma sayi: 359
“Ermənistanın Baş naziri kimi sərsəm bəyanatlarla çıxış edir“   Sahil İskəndərov

 "Nikol Paşinyan və onun tərəfdarlarının hakimiyyətə gəlməsi sözsüz ki, Rusiya ilə Ermənistan arasında münasibətlərə xeyli gərginlik gətirdi". 

 

Bu sözləri Azmedia.az-a müsahibəsində Politoloq Sahil İskəndərov bildirib.

 

- Son zamanlar cəmiyyətimizi daha çox düşündürən Dağlıq Qarabağ problemi və Cənubi Qafqazda gedən Geosiyasi vəziyyətin və konturların çəkilməsi məsələləri haqqında nə düşünürsünüz? 

Belə deyim, keçən il Ermənistanda may ayında Qərbpərəst olan Nikol Paşinyan və onun tərəfdarlarının hakimiyyətə gəlməsi sözsüz ki, Rusiya ilə Ermənistan arasında münasibətlərə xeyli gərginlik gətirdi. Ona görə də, mən düşünürəm ki, son bir ildir Rusiyanın Azərbaycana isti münasibət göstərməsinin əsas səbəbi də elə budur. Hətta bir neçə gün bundan öncə Rusiyanın Krasnodar vilayətində Armavil şəhərində Erməni nasisti Qaragın Yevgeyə qoyulan xatirə lövhəsi sökülüb. Bildiyimiz kimi Rusiya son bir neçə ildə 2 və ya 3 dəfə BMT-yə nasistlərin və faşizmin qəhrəmanlaşdırılması əleyhinə layihə təklif edib və qələbə əldə edib. Lakin bu məsələdə Rusiyaya 2 dövlət qarşı çıxıb. Bu, ABŞ və Ukrayna idi. Belə bir sual ortaya çıxır - əgər Rusiya faşizmə qarşıdırsa, niyə indiyə qədər Ermənistana bu üzünü göstərməyib? İndi Ruslar Ermənilərin Amerikaya yaxınlaşmaq istəyini görüb. Ona görə də o abidəni sökdülər. Düşünürəm ki, rusların bu kimi addımlarının davamı gələcək. 

 

- Mehriban xanım Əliyeva Qarabağda muğam dinləmək istəyirəm deyib. Onun bu cümləsinə Ermənistanın birinci xanımından belə bir cavab gəlib. “Mən Mehriban Əliyevanı Artsaxa dəvət edirəm və o, bizim qonağımız olacaq. Bizim xalqımız, artsaxlılar qonaqları necə qarşılamaq və hörmət etmək lazım olduğunu bilir. Biz muğam festivalı təşkil edə bilərik, onun arzusunu həyata keçirə bilərik və o, öz sevimli muğamını Qarabağda dinləyər”  bir çox palitoloqlar bu ismarıcda hədələyici mesaj olduğunu iddia etdilər bəs siz bu barədə nə düşünürsünüz? 

 

Ümumiyyətlə Ermənistanın birinci xanımı elə Baş naziri kimi cəfəng bəyanatlarla çıxış edir. Onlar siyasət adamı deyillər, onların hər ikisi də mənə blogger təsiri bağışlayır, mən onlara blogger kimi baxıram və bloggerlərə də siyasi məsələlərdə ciddi adam kimi baxmaq olmaz. Mehriban xanımın elə bir kəlmə sözü məncə bizim üçün kifayətdir. Onlar siyasətdən anlamırlar. Əslində bir məqama da toxunmaq istəyirəm, təəssüflər olsun ki, hazırda dünyada, böyük siyasətdə bloggerlər dövrüdü. Mən bir sira böyük dövlətlərin başçılarına baxıram və heyrət edirəm ki, görəsən bunların siyasətdən anlayışı varmı? Görünür müəyyən qüvvələr varki onları hakimiyyətə gətirir ki, həmin adamları idarə etmək daha asand olsun. 

 

- Bu yaxınlarda ATƏT-in nazirləri Slovakiyada Qarabağ məsələsi  ilə əlaqədər görüş  keçirdi. Sizcə bu görüşün Qarabağ məsələsinin həllinə nə dərəcədə köməkliyi ola bilər? 

 

Mən əslində heç bir zaman belə görüşlərdən böyük nəticə gözləmirəm. Ən azından indiyə qədər olan danışıqlar konteksində böyük bir nəticə görməmişik. Əslində bütün dövlətlər deyirlər ki, “hər bir dövlət öz ərazi bütövlüyünü bərpa etmək üçün bütün vasitələrdən istifadə edə bilər”

 


Bəs niyə Dağlıq Qarabağ məsələsinə gələndə deyirlər, tərəflər öz aralarında razılaşsın? Bizdə onların razılaşdığı fikrə dəstək olaq. Amma özləri də bilirlər ki, bu mümkün olacaq bir şey deyil. Deməli həmsədr dövlətlər hər iki tərəfi sülhə məcbur etməlidirlər. Amma həmin dövlətlər daha çox Azərbaycanı sülhə məcbur edirlər. Baxın, bütün bunların şahidi olanda insan belə qənaətə gəlir ki, deməli Azərbaycan ancaq özünə güvənməlidir. 

 

- Dediniz ki, Ermənistan dostlarına görə var olur, bəs qardaş Türkiyənin Azərbaycana dəstəyi necə?


Düzdür bir çox dövlətlər böyük siyasətdə Türkiyə və Azərbaycanı bir-birindən ayırmırlar. Bəli, Türkiyə bizə qardaş olub, bizi də qardaş görüb. Amma Türkiyənin özünün çox ciddi problemləri var. Məsələn elə 1-ci qondarma erməni soyqırımı məsələsi. 2-ci ermənilər artıq 410 milyarda qədər Türkiyədən təzminat istəyir hansı ki, əraziləri də öz yerindədir. 3-cü Avropa ittifaqı məsələsi, 4-cü  Kipr məsələsi. Türkiyənin özünün bu cür ciddi problemləri var.


Türkiyənin özünün boğazında halqa var, belə olan halda ona imkan verəcəklərmi ki, bizə kömək etsin? Əlbəttə xeyir. Düzdü istəyəcək etsin, amma imkan verməyəcəklər.

 

- Parlament seçkilərində bir çox məhşurlar da namizədliyini irəli sürdü, sizin onların içərisindən dəstəklədiyiniz kimsə var?

 

Əslində heç onların kim olduğunuqlarını, hansı məşhurlar olduqlarını da bilmirəm. Ona görə də, bu haqda hər hansısa bir fikir söyləyə bilmərəm.

 

Rəqsanə İsayeva

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!