Ermənistanın son çırpınışı Ehtiyata buraxılan hərbçiləri cəbhəyə göndərir

SİYASƏT

05 Oktyabr 2020 17:41

Oxunma sayi: 710
Ermənistanın son çırpınışı   Ehtiyata buraxılan hərbçiləri cəbhəyə göndərir

Ermənistanda sayca üçüncü ümumi səfərbərlik elan olunub.

 

Azmedia.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

 

Paşinyan 2020-ci ildə ehtiyata buraxılan hərbçilərin də səfərbərliyə cəlb edilməsi barədə qərarını açıqlayıb. 

 

Ermənistanın Baş naziri könüllülərə də müraciət edib və onlardan hərbi forma və ya gülləkeçirməyən jiletlərlərini mərkəzi hərbi komissarlığa verməyini xahiş edib.

 

Qeyd edək ki, Qarabağda əməliyyatların başladığı 27 sentyabr tarixindən cəbhədə 3000-dən çox erməni əsgər zərərsizləşdirilib. Yaralıların sayı minlərlədir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!