Ermənistanın xarici işlər naziri Türkiyəyə gedir

SİYASƏT

10 Mart 2022 18:00

Oxunma sayi: 269
Ermənistanın xarici işlər naziri Türkiyəyə gedir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə gedir.

Azmedia.Az-ın xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan "Twitter"də bildirib.

Ermənistan xarici işlər naziri 11-13 mart tarixlərində Antalya Diplomatik Forumunda iştirak etmək üçün Antalyaya yola düşəcək.

“Onun bir sıra həmkarlarla görüşləri planlaşdırılır”, - mətbuat katibi qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!