Ermənistanla sərhəddə atışma: erməni əsgər yaralandı

SİYASƏT

29 İyul 2020 21:24

Oxunma sayi: 906
Ermənistanla sərhəddə atışma: erməni əsgər yaralandı

Ermənistanın Tavuş bölgəsində müqaviləli hərbi qulluqçu silahla yaralanıb.

 

Azmedia.az  xəbər verir ki, bu barədə Nerkin Karmragbyur kənd administrasiyasının rəhbəri Levon Arakelyan məlumat verib.

 

Arakelyanın sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin yaralı əsgəri 39 yaşlı Manvel Karamanyandır.

 

“Hadisə gecə baş verib, bir əsgər ayağından yaralanıb. Hazırda o Berd xəstəxanasının əməliyyat otağındadır. Hələlik yaranın şiddəti haqqında söz demək tezdir”, – kənd administrasiyasının rəhbəri deyib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!