Əsirlikdən qayıdanlardan biri əvvəl şəhid olduğu bilinən karateçi imiş FOTO

SİYASƏT

15 Dekabr 2020 16:52

Oxunma sayi: 1013
Əsirlikdən qayıdanlardan biri əvvəl şəhid olduğu bilinən karateçi imiş   FOTO

İkinci Qarabağ müharibəsində döyüşən idmançılarımızla bağlı statistika açıqlanıb.

 

Əməkdar jurnalist, Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti Qabil Mehdiyevin açıqlamasına görə, 478 idmançımız döyüşüb. Onlardan 54 nəfəri şəhid olub, 51-i yaralanıb, iki idmançımız isə itkin düşüb.

Qabil Mehdiyevin Azmedia.Az-a verdiyi məlumata görə, itkin düşən idmançılar kyokuşin karate növü ilə məşğul olanlar imiş. Bunlar Vəliəhəd Vəliyev və Amil Hüseynovdur.

Artıq Lənkəranın Bala Şürük kəndindən olan leytenant Vəliəhəd Vəliyevin sağ olduğu müəyyənləşib. Halbuki ötən ayın əvvəllərindən onun şəhid olduğu və ya itkin düşdüyü ehtimal edilirdi. Belə ki, bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumata görə, 22 yaşlı Vəliəhəd dünən Azərbaycana qaytarılan 12 əsir arasında olub.

Qeyd edək ki, bundan başqa, dörd idman jurnalistimiz müharibədə iştirak edib və onlardan biri yaralanıb. Yaralanan jurnalist Şuşanın alınması uğrunda gedən döyüşlərdə qazi olmuş Daşqın Əzizovdur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!