Etirazçılar Paşinyana və arvadına hücum etdilər VİDEO

SİYASƏT

10 Dekabr 2020 17:37

Oxunma sayi: 1239
Etirazçılar Paşinyana və arvadına hücum etdilər   VİDEO

Ermənistan baş naziri Nikol Paşinyan hökumət iclasına gedərkən etirazçıların hücumuna məruz qalıb.

 

Bu barədə Aysor.am xəbər yayır.

Bildirilir ki, növbəti etiraz aksiyası zamanı gənc fəallar şüarlar səsləndirərək Paşinyanın hökumət ərazisinə girdiyi anda avtomobil karvanına yumurta atıblar.

Nəşr hadisənin videosunu yayımlayıb.

Paşinyanın həyat yoldaşı Anna Akopyana simvolik olaraq sikkələr atılıb. Fəallar hökumət binasının çölünə 10, 20, 50 dram səpələyiblər, onlar qışqıraraq bunu Paşinyanın qızının yeni oyuncaqları üçün verdiklərini deyiblər. Bundan əvvəl Akopyan sosial şəbəkədə Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki uşaqlara göndərmək üçün beş yaşlı qızından bir neçə oyuncaq və kitab aldığını yazmışdı.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!