Fərid Əlizadə dünyasını dəyişdi - FOTO

ÖLKƏ

22 Aprel 2024 18:40

Oxunma sayi: 758
Fərid Əlizadə  dünyasını dəyişdi - FOTO

Keçmiş bank sədri Fərid Əlizadə Vyanada dünyasını dəyişib.

Azmedia.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Fərid Əlizadə müalicə aldığı klinikada ürək problemindən vəfat edib. Yaxın günlərdə mərhumun cənazəsinin dəfn olunmaq üçün Azərbaycana gətiriləcəyi bildirilib.

Qeyd edək ki, F.Əlizadə Rutgers Universitetini və ABŞ-nin Rays Universitetində magistr dərəcəsini bitirdikdən sonra ölkənin aparıcı banklarında çalışıb. O, uzun müddət "Bank of Baku"nun İdarə Heyətinin sədri və baş direktoru, AFB bankın Müşahidə Şurasının üzvü olub.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı Banker.az saytı yayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!