FHN Nazim Məmmədovun adını müavinləri siyahısından çıxardı FOTO

SİYASƏT

09 Mart 2020 11:45

Oxunma sayi: 1018
FHN Nazim Məmmədovun adını müavinləri siyahısından çıxardı   FOTO

Nazim Məmmədovun adına Fövqəladə Hallar Nazirinin müavinləri siyahısında rast gəlinmir.

 

Azmedia.az Unikal.org-a istinadla xəbər verir ki, Fövqəladə Hallar Nazirinin müavini, general-leytenant Nazim Məmmədovun adı nazir Kəmaləddin Heydərovun müavinləri siyahısından çıxarılıb. 

 

Xatırladaq ki, N. Məmmədov 2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Fövqəladə Hallar nazirinin müavini təyin edilib.

 

Qeyd edək ki, hazırda müavinlər siyahısında  Rəfail Mirzəyev, Faiq Tağızadə, Etibar Mirzəyev, Ragim Lətifov, Orucəli Hacıyev, Teymur Mehdiyev və Tapdıq Əmiraslanovun adı yer alıb. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!