Firuzə İbadova Cavanşir Məmmədovla bağlı paylaşım etdi

ŞOU BİZNES

21 Aprel 2024 11:23

Oxunma sayi: 903
Firuzə İbadova Cavanşir Məmmədovla bağlı paylaşım etdi

Əməkdar artist Firuzə İbadova mərhum Əməkdar artist, duet ortağı Cavanşir Məmmədovla bağlı paylaşım edib.

Azmedia.Az xəbər verir ki, müğənni həmkarının ad günündə lentə alınan fotosunu yayımlayaraq bu sözləri yazıb:

"Sənət dostum, əzizim 29 illik işimiz ölməyəcək, nə qədər ki, mən sağam. Bu gün çox ağır günümdür. Anamı itirdim, qardaşımı da. Allah sənə rəhmət eləsin, məkanın cənnət olsun, əvəzolunmayan qardaşım".

Qeyd edək ki, C.Məmmədov bu gün 70 yaşında ürəktutmasından vəfat edib. 

Firuzə

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!