“France 24” telekanalı Gəncənin ermənilər tərəfindən atəşə tutulmasına dair süjet hazırlayıb VİDEO

SİYASƏT

14 Oktyabr 2020 01:07

Oxunma sayi: 662
“France 24” telekanalı Gəncənin ermənilər tərəfindən atəşə tutulmasına dair süjet hazırlayıb   VİDEO

Fransanın məşhur “France 24” telekanalı Gəncənin Ermənistan silahlı birləşmələri tərəfindən raket atəşinə tutulması, dinc insanların həlak olmasına dair süjet hazırlayıb.

Süjetdə cəbhədən, döyüş zonasından uzaq olan Gəncənin atəşə tutulması nəticəsində dinc insanların həlak olmasından, düşmən hücumunun törətdiyi dağıntılardan bəhs edilir.

Bununla yanaşı, sözügedən süjetdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də fikirləri yer alıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!