Fransa da ermənilərdən bezir FOTO

SİYASƏT

31 Avqust 2020 14:28

Oxunma sayi: 1026
Fransa da ermənilərdən bezir   FOTO

Fransanın paytaxtı Parisdə erməni bəstəkar Komitas Vardapetin abidəsi vandalizmə məruz qalıb.

 

Abidənin postamentinə qırmızı boya ilə "Bu, saxtakarlıqdır" yazılıb.

 

Qondarma "erməni soyqırımı"nın Fransadakı simvollarından biri sayılan abidə ilə bağlı olaya Ermənistanın Parisdəki səfirliyi sərt reaksiya verib.

 

"Abidənin vandalizmə məruz qalması Fransada erməni soyqırımının danılması siyasətinin təzahürüdür. Bu abidə, sadəcə, soyqırımın yox, Fransa uğrunda həlak olmuş ermənilərin heykəlidir", - Ermənistan səfirliyinin açıqlamasında deyilir.

 

Ermənilər bu vandalizmdə türkləri və azərbaycanlıları suçlayırlar.

 

Lakin Paris polisindən verilən məlumata görə, abidəyə boya ilə sözləri yazanların fransızlar olduğu güman edilir.

 

Komitas Vardapaetə heykəl qoyulması ilə bağlı Parisin erməni icması meriyaya 1983-cü ildə müraciət etmişdi. Abidə həm də qondarma "erməni soyqırımı"nın simvolu olmalı idi.

 

Bürüncdən hazırlanmış abidə 2 metrlik postamentdədir. O, 2003-cü ilin aprelin 22-də ucaldılıb.

 

Dünya ölkələri arasında ən çoxsaylı və nüfuzlu erməni icmalarından birinin olduğu Fransada hayların son illərdə ifrat aktivliyi, iqtisadiyyat və biznesə, siyasət və sosial həyata aqressiv sirayət etməyə çalışmaları, hətta Fransa parlamentinin hər iki palatasında lobbinq fəaliyyətini deputatlarla senatorların aşkar şəkildə pulla ələ almasına çevirmələri fransızların səbr kasasını daşdırır.

 

Fransada artıq ermənifobiya yaşanmağa başlayıb və dövlət strukturlarından tutmuş, kommersiya təşkilatlarınadək ermənilərin absurda çatan fəaliyyətlərinə son qoyulmasını tələb edən fransızların sayı sürətlə artır.

 

Sosial şəbəkələrdə isə fransızlar yazırlar: "Ermənilər, Fransa sizdən bezir!"

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!