Fransa İsveçrə münasibətlərində problem yaranıb

SİYASƏT

19 Sentyabr 2021 19:16

Oxunma sayi: 153
Fransa   İsveçrə münasibətlərində problem yaranıb

Fransa Prezidenti Emmanuel Makron noyabr ayında İsveçrəyə planlaşdırılan səfərini ləğv edib.
Azmedia.Az-ın xəbərinə görə, bu barədə “Le Matin Dimanche” və “Sonntags Zeitung” nəşrləri məlumat yayıb.
E. Makronun belə qərar verməsinin səbəbi İsveçrənin Fransadan dəyəri 6 milyard dollardan çox olacaq “Rafale” tipli qırıcı təyyarələr almaqdan imtina etməsidir.
E. Makronun İsveçrə Prezidenti Qi Parmelan ilə görüşü üçün planlaşdırılan bu səfərə 6 ay hazırlıq görülüb. Ancaq İsveçrənin ordusu üçün Fransadan “Rafale” tipli qırıcı təyyarələr deyil, ABŞ-dan “F-35” qırıcı təyyarələri almağa qərar verməsindən sonra səfər ləğv olunub.//APA

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!