Fransa XİN Ermənistan Azərbaycan sərhədində baş verən silahlı toqquşmalarla bağlı bəyanat yayıb

SİYASƏT

15 İyul 2020 21:04

Oxunma sayi: 672
Fransa XİN Ermənistan   Azərbaycan sərhədində baş verən silahlı toqquşmalarla bağlı bəyanat yayıb

Fransa iyulun 12-dən etibarən Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı toqquşmaları qınayır.

 

Azmedia.az  APA-ya istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsinin açıqlamasında bildirilib.

 

Fransa tərəfləri atəşkəs rejiminə əməl etməyə və danışıqları bərpa etməyə çağırıb.

 

Qeyd olunub ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri olaraq rusiyalı və amerikalı tərəfdaşları ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin müvafiq beynəlxalq hüquq çərçivəsində həllinə sadiqliyini təsdiqləyir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!