Futbol üzrə Azərbaycan 1-ci Liqasında qumar qalmaqalı: Oyun satılıb? - VİDEO

İDMAN

15 Aprel 2024 23:17

Oxunma sayi: 343
Futbol üzrə Azərbaycan 1-ci Liqasında qumar qalmaqalı:  Oyun satılıb? - VİDEO

Futbol üzrə Azərbaycan 1-ci Liqasının 20-ci turunda keçirilən “İrəvan” - “Araz Saatlı” (1:4) matçı ilə bağlı araşdırma aparılır.

Azmedia.Az xəbər verir ki, bunu “CBC Sport”a açıqlamasında AFFA-nın icraçı vitse-prezident Sərxan Hacıyev deyib.

“Sözügedən oyun ictimaiyyətdə söz-söhbət doğurduğundan tərəfimizdən nəzarətə götürülüb, UEFA-ya da məlumat verilib. Bundan başqa, güc strukturları da məlumatlandırılıb. Məsələ araşdırıldıqdan sonra daha ətraflı məlumat verilə bilər”, - AFFA rəsmisi bildirib.

Oyun alqı-satqısında şübhəli bilinən həmin qarşılaşmanın videoicmalını təqdim edirik:

 

 

 

 

 

Посмотреть эту публикацию в Instagram

 

 

 

 

 

 

 

 

 

 

 

Публикация от Oxu.Az (@oxuaz)

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!