Füzuli hava limanı Türkiyə ordusunun istifadəsinə verilir? Açıqlama

SİYASƏT

11 İyun 2021 19:00

Oxunma sayi: 348
Füzuli hava limanı Türkiyə ordusunun istifadəsinə verilir?   Açıqlama

"Genişmiqyaslı müqavilənin Şuşada imzalanmasının xüsusi əhəmiyyəti var və böyük ehtimalla Türkiyənin Azərbaycanda – Qarabağda hərbi mövcudluğu rəsmiləşə bilər”.
 
Azmedia.az xəbər verir ki , Sfera.az-ın məlumatına görə, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.
 
 
O bildirib ki, Ərdoğanın imzalanacaq müqaviləni "Türkiyə və Azərbaycan arasında ən böyük saziş” adlandırması və Şuşadan öncə Füzuliyə gəlməsi bu kontekstdə diqqət çəkir:
 
"Füzulidə hava limanı inşa edilir, il ərzində uçuş-eniş zolağı istifadəyə veriləcək. Türkiyənin Azərbaycanda hərbi hava bazasının yaradıla biləcəyini və bunun Zəngəzur dəhlizinə yaxın bölgədə - Zəngilanda ola biləcəyini yazmışdıq. Mümkündür ki, bölgə olaraq Füzuli seçilsin. Birincisi, Füzuli hava limanının inşası daha tez başa çatdırılacaq. İkincisi, Türkiyənin Füzulidə hərbi mövcudluğu Zəngəzur dəhlizinə coğrafi yaxınlıqla yanaşı, İrandan gələcək biləcək təhlükələrə qarşı da qalxan rolunu oynaya bilər”.
 

Politoloq qeyd edib ki, Türkiyənin Azərbaycanda hərbi mövcudluğunun rəsmiləşməsinin hərbi baza olaraq yox, başqa formada ola biləcəyi də istisna deyil: "Əsas məsələ bu mövcudluğun rəsmiləşməsidir. Ərdoğanın Şuşadan öncə Füzuliyə gəlişi Füzuli hava limanının Türkiyə ordusunun istifadəsinə verilə biləcəyi ehtimalı da önə çıxarır”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!