Füzuliyə komendant təyin edildi FOTO

SİYASƏT

16 Dekabr 2020 16:13

Oxunma sayi: 970
Füzuliyə komendant təyin edildi   FOTO

Müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən Füzuli rayonunda təhlükəsizlik tədbirləri gücləndirilir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, müvafiq əmrə əsasən Füzuli Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Xəqani Məmmədov rayonun komendantı təyin edilib.

Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Füzuli rayonunun giriş-çıxışında, o cümlədən rayon daxilində postlar qurulub, təhlükəsizliyə tam olaraq nəzarət edilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!